Aİ səhiyyə nazirlərinin koronavirusa dair görüşü keçiriləcək


Dünya 24 Fev 2020 08:59:00 126 0

Aİ səhiyyə nazirlərinin koronavirusa dair görüşü keçiriləcək

Avropa İttifaqının səhiyyə nazirlərinin yeni növ koronavirusa dair görüşü keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Fransanın səhiyyə naziri Olivye Veran deyib.

Onun sözlərinə görə, nazirlər İtaliyada yoluxma hallarının kəskin artmasından sonra koronavirus epidemiyası riskinə qarşı mübarizəni müzakirə edəcəklər.

O.Veran ötən gün Almaniya və İtaliyanın səhiyyə nazirləri ilə vəziyyəti müzakirə edib. O, daha çox nazirin iştirakı ilə görüşün bu həftə keçirilə biləcəyini deyib: "Biz Aİ-nın bir neçə səhiyyə nazirinin iştirak edəcəyi görüş barədə razılığa gəldik".