Türkiyədən İrana ixrac davam edir Nazir


Dünya 24 Fev 2020 08:30:00 107 0

Türkiyədən İrana ixrac davam edir  Nazir

Türkiyədən İrana ixrac və malların tranziti əməliyyatları İslam Republikasında yeni növ koronavirusun yayılmasına baxmayaraq davam edir.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan deyib.

Onun sözlərinə görə, qonşu ölkədə yeni növ koronavirusun yayılması ilə əlaqədar Türkiyə-İran sərhədində nəzarət-buraxılış məntəqəsindən nəqliyyat vasitələrinin, sərnişinlərin keçidi, o cümlədən İslam Respublikasından Türkiyəyə malların gətirilməsi dayandırılıb.