Azərbaycanlıların soyqırımı dünya ictimaiyyətinə daha yaxşı izah edilməlidir Türkiyəli deputat


Digərləri 24 Fev 2020 08:36:00 141 0

Azərbaycanlıların soyqırımı dünya ictimaiyyətinə daha yaxşı izah edilməlidir  Türkiyəli deputat

Xocalı soyqırımı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən ilk soyqırım deyil. Azərbaycanlılar 200 ildir ki, qətliama məruzdurlar.

Son.az bildirir ki, bunu Trend-ə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.

Onun sözlərinə görə, azərbaycanlılara qarşı soyqırımlar 1905, 1918, 1992-ci illərdə törədilib. Bunların hamısının çox vəhşi qətliamlar olduğunu deyən Ş.Ayrım bildirib ki, ermənilər hamilə qadınların qarnını deşib, uşaqların dərilərini soyub, gözlərini çıxarıblar.

TBMM üzvü qeyd edib ki, azərbaycanlılara qarşı törədilən soyqırım məsələsi dünya ictimaiyyətinə daha yaxşı izah edilməlidir:

"Qarşımızda bir vandal irq var. Bu baxımdan bizim məsələləri dünya ictimaiyyətinə çox yaxşı izah etməyimiz lazımdır. Təəssüf ki, biz bu məsələdə ermənilərdən geridəyik. Onlar diaspora fəaliyyətinə bizdən çox əvvəl başlayıblar".

Ş.Ayrımın sözlərinə görə, Türkiyə bir neçə ildir ki, Heydər Əliyev Fondunun həyata keçirməyə başladığı "Xocalıya ədalət" kampaniyasında iştirak edir:

"Bizim də Böyük Millət Məclisində bu məsələ ilə bağlı çalışmalarımız olacaq. Türkiyədəki bütün vətəndaş cəmiyyəti təşkilatları Xocalı faciəsi ilə əlaqədar tədbirlər keçirirlər. Universitetlər bu məsələyə daha həssas yanaşırlar. Bu il "Xocalı soyqırımı hadisəsi daha çox səs gətirməlidir", - deyə düşünürük. Soyqırımla bağlı Türkiyə və Azərbaycanın ortaq hədəfi Ermənistandır".