İsrail ordusu Suriyada və Qəzza zolağında qruplaşmanın mövqelərinə zərbələr endirib


Dünya 24 Fev 2020 08:12:00 135 0

İsrail ordusu Suriyada və Qəzza zolağında qruplaşmanın mövqelərinə zərbələr endirib

08:12

İsrailin ordusu Suriyada və Qəzza zolağında "İslam cihadı" qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "İsrail Müdafi Ordusu Suriayda və Qəzza zolağında "İslam cihadı" terror qruplaşmasının mövqelərinə zərbələr endirib".

Qeyd edilir ki, zərbələr daha əvvəl İsrail ərazisi istiqamətində buraxılan raketlərə cavab olaraq həyata keçirilib.

Xatırladaq ki, daha əvvəl Qəzza zolağından İsrail ərazisi istiqamətində 21 raket buraxılıb. Raketlərdən 13-ü "Dəmir günbəz" raket hücumundan müdafiə sistemi ilə məhv edilib.

---------

02:22