Gürcüstan İranla hava əlaqəsinə məhdudiyyətlər tətbiq edib


Dünya 24 Fev 2020 08:09:00 135 0

Gürcüstan İranla hava əlaqəsinə məhdudiyyətlər tətbiq edib

Gürcüstan İranla hava əlaqəsinə məhdudiyyətlər tətbiq edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə qərar yeni növ koronavirusun yayılma təhlükəsi ilə əlaqədar qəbul edilib.

Bildirilir ki, İrandan Gürcüstana və əks istiqamətdə fiziki şəxlərin gediş-gəlişi məhdudlaşdırılıb.

Aviaşirkətlərə Gürcüstanda turizm məqsədi ilə olan İran vətəndaşlarını ölkələrinə geri aparmaq üçün boş təyyarələr göndərmələrinə icazə verilib. Sərhəddəki nəzarət-buraxılış məntəqələrində də ciddi məhdudiyyətlər tətbiq edilib.