Antiperspirantlar xərçəngə səbəb olurmu? ARAŞDIRMA


Digərləri 24 Fev 2020 07:21:00 137 0

Antiperspirantlar xərçəngə səbəb olurmu?  ARAŞDIRMA

Antiperspirant və dezodorantlar tez-tez istifadə olunan kosmetik məhsullardır. Bir çox elm adamı antiperspirantlar və xərçəng arasında bir əlaqənin ola biləcəyini iddia edir.Bəs bu iddialar doğrudurmu? 

Son.az medicina.az-a istinadən bildirir ki, antiperspirantlar qoltuq altındakı tərləməni azaltmağa kömək edir və beləliklə tər qoxusu ehtimalını azaldır. Onların əsas tərkib hissəsi parabens və alüminiumdan ibarətdir. Bu maddələrin isə döş xərçənginə səbəb olduğu düşünülür.

Xüsusilə onların döş xərçənginə səbəb olub-olmadığını araşdırmaq üçün bir çox tədqiqatlar a aparılıb.

Elm adamları alüminium və parabenlərin döş xərçənginə səbəb ola biləcəyinə inanırlar. Alüminium əsaslı birləşmələr müxtəlif antiperspirantların aktiv bir komponenti sayılır.  Bu alüminium əsaslı birləşmələr tər kanallarını blok etməyə meyllidir.Tərləmə kanallarının tıxanması daha az tərləmə və tər qoxusu ilə nəticələnir. Alüminium əsaslı antiperspirantların iş prinsipi belədir.

Parabenlər dezodorantlara və antiperspirantlara əlavə olunmuş konservantlardır. Parabenlər çox müxtəlifdir və bu məhsullarda müxtəlif paraben birləşmələri var. Dezodorantlarda butilparaben, propilparaben, benzilparaben, metilparaben kimi parabenlər istifadə olunur. Parabens döş xərçəngi ilə əlaqələndirilir. Bunun səbəbi parabenlərin bədən tərəfindən udulduğu zaman zəif zəif estrogen kimi xüsusiyyətlərə sahib olmasıdır.