Tək bədəndə yaşayan siam əkizləri Daxili orqanları cütdür


Digərləri 24 Fev 2020 05:30:00 181 0

Tək bədəndə yaşayan siam əkizləri  Daxili orqanları cütdür

Bütün fiziki məhdudiyyətlərə, sağlam yaşam üçün müsbət müalicə metodunun olmamasına və ətrafdakı insanların heyrətli baxışlarına rəğmən siam əkizi olan bacılar 29 ildir birlikdə həyatı bölüşürlər. 

Son.az medicina.az-a istinadən bildirir ki, bu siam əkizlərinin həyat hekayəsi digər insanlara nümunə və işıq ola bilər. 

Abiqail və Brittani adlı əkizlər 1990-cı ildə Minnesota şəhərində anadan olublar. Valideynləri sadəcə bir qız uşağı gözləyərkən, onların doğumu əsl sürpriz olub.Belə ki, doğuma qədər USM müayinəsi zamanıda uşaqların əkiz olması barədə məlumatları göstərməyib. Statistikaya görə, 30 milyon siam əkizindən yalnız biri sağ qalır. Bu vəziyyət doğulan körpələrin daxili orqanları doğuşdan sonrakı ilk 24 saat ərzində uğursuz fəaliyyətdə olması ilə əlaqədardr. 

Həkimlər Abiqail və Brittani əkizləri haqqında da mənfi proqnozlar verib, lakin əkizlər ehtimalları yıxaraq sağ qalmağı bacarıb. Valideynləri qızlarının bədənlərini ayırmaq barədə  düşünməyiblər. Belə bir vəziyyət ya qızlardan birini, ya da hər ikisini məhv edə bilərdi . Əkizlərin özləri də əməliyyata qarşı idi. Onlar birlikdə yaşamağa vərdiş edib və bir-birlərini dəstəkləyiblər. 

Əkizlərin özlərini normal uşaq kimi hiss etmələri üçün valideynlər də çox iş görüb. Belə ki, onlar qızları üçün bir məktəb tapıb, hansı ki, burada görünüş heç kim tərəfindən lağa qoyulmurdu. Bundan əlavə ailə qızların üzərində hər hansı bir təcrübənin keçirilməsinə icazə verməyib, hətta bu təcrübələr əkiz qızların gələcək inkişaflarını və sağlamlıqlarını təxmin etməyə kömək etsə belə.

Bəs əkizlərin orqanizmi necə çalışır?

Bacıların 2 başı, 2 ayaq və qolu, 2 onurğa, 3 ağciyər, 2 ürək, 1 qaraciyər, 2 mədə, 3 böyrək, ortaq qan dövranı sistemi və paylaşdıqları reproduktiv orqanları var. Onların anatomiyası bənzərsizdir və həkimlər hələ də onların orqanizminin nə üçün bu qədər yaxşı işlədiyini tam bilmirlər.  Hər ikisi yalnız bədənin öz tərəflərini idarə edə bilər və digər bacının toxunuşunu hiss edə bilmir. Məsələn, biri kimsə Brittaninin əlini sıxarsa, digər bacı bunu hiss etmir.    Onlar birlikdə yaşamağa öyərniblər