Ən təhlükəsiz bitki yağları məlum oldu


Digərləri 24 Fev 2020 04:30:00 123 0

Ən təhlükəsiz bitki yağları məlum oldu

Bəzi bitki yağlarının tərkibinə "pis" xolesterini artıra bilən və ürək-damar xəstəlikləri və diabet ilə nəticələnə bilən transyağlar daxildir.

Son.az bildirir ki, "Health.News" nəşrinin məlumatına əsasən, həkimlər oksidləşməyə ən davamlı və buna görə də ən təhlükəsiz məhsulları seçiblər.

Liderlər sırasında kokos yağının da adı çəkilir. Həkimlərin dediyinə görə, bu yağın keyfiyyəti hətta səkkiz saat fasiləsiz qızdırmadan sonra da saxlanılır. Məhsulun oksidləşməyə davamlılığı onunla izah olunur ki, o, 90%-dən çox doymuş yağdan ibarətdir. Mütəxəssislər zeytun və avokado yağlarını da ən təhlükəsizlərin siyahısına salıblar.

"Zeytun yağı kimi, avokado yağı da böyük miqdarda monodoymamış yağları ehtiva edir. O, olein turşusu ilə zəngindir ki, bu da bədəndə iltihabı azalda bilər. Bu yağ, həmçinin ürək üçün faydalıdır. Heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, avokado yağı ilə zəngin pəhriz qan təzyiqini azalda bilər", - deyə nəşr yazır.