Beyində dostla düşməni dərhal ayırd edən funksiya var Biz onu işlədə bilmirik


Digərləri 24 Fev 2020 01:30:00 172 0

Beyində dostla düşməni dərhal ayırd edən funksiya var  Biz onu işlədə bilmirik

Alimlər insan beyninin ani olaraq dərhal qarşındakı insanın dost və ya düşmən, yaxşı və ya pis olduğunu təyin edən bilən xüsusi funksiyası olduğunu aşkarlayıblar.

Bu beynin müdafiə və sağalmaq uğrunda öncədən proqramlaşdırılmış qabiliyyətidir. İlk dəfə gördüyü adamın üzündəki emosiyaları neyron birləşmə şəbəkəsi ayırd edərək, siqnalı beyinə ötürür.

Son.az medicina.az-a istinadən bildirir ki, Avstraliya universitetinin bir qrup alimi yeni elmi tədqiqatlarının nəticəsini dərc ediblər.

Onlar MRT vasitəsilə müxtəlif regionlardan olan müxtəlif yaşda 46 sağlam kişinin beyin neyronlarının aktivliyini izləyiblər.

İştirakçılara bu zaman müxtəlif neqativ və pozitiv insanların fotolarını göstəriblər.

Məlum olub ki, qarşındakı insanın düşmən olduğunu ayırd edən şəbəkə Stria terminalis adlı sinir hüceyrələri topasıdır. Məhz bu topanın yerləşdiyi hissə qarşındakı adamın simasından təhlükə gəldiyini fiksə edir.