Çindən kənarda koronavirusa yoluxanların sayı 1 700 nəfəri ötdü


Dünya 24 Fev 2020 00:28:50 127 0

Çindən kənarda koronavirusa yoluxanların sayı 1 700 nəfəri ötdü

Çindən kənarda koronavirusa yoluxanların sayı 1 769 nəfərə çatıb.

Çindən kənarda koronavirusa yoluxanların sayı 1 769 nəfərə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir.

Məlumata görə, son gün ərzində Çindən xaricdə - dünyanın ayrı-ayrı ölkələrində virusa yoluxma ilə bağlı təsdiq edilmiş hadisələrin sayı 367-yə qədər artıb. Çin istisna olmaqla, virusa yoluxma daha 28 ölkədə qeydə alınıb. Ölümlə nəticələnən hadisələrin ümumi sayı 17-dir. COVID-19-dan bir gün ərzində 6 nəfər ölüb.

Çindəki vəziyyətə gəlincə, son məlumatlara görə, ölkədə 2 445 nəfər koronavirusun qurbanı olub, daha 77 042 virusa yoluxub. Xəstəlikdən 22,8 mindən çox insan sağalıb.