"Bu xəstəliyin qadınlarda yaranmasında, kişilərin bilavasitə rolu var" FOTO


Digərləri 23 Fev 2020 23:45:00 154 1

"Bu xəstəliyin qadınlarda yaranmasında, kişilərin bilavasitə rolu var"  FOTO

Onkoginekoloq Günay Məmmədbəyli: "İnsanlar özlərini nədən qoruyacaqlarını bilməsələr, bizim müalicələrimizin, əməliyyatlarımızın rolu azalır"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Bir xəstəm var idi, uşaqlıq boynunun xərçəngi ilə müraciət etmişdi. Əməliyyat oldu, qısa müddət sonra problem yarandı, bir də əməliyyat etdik. Təkrar müalicə aldı. Çox ağır dönəm keçirdi, amma sağaldı. Bu yaxınlarda zəng vurub dedi ki, əməliyyatından 10 il keçir, sağ-salamatdır, bu münasibətlə özünü də təbrik etdi, məni də. 

Başqa bir xəstəm var idi, qeysəriyyə əməliyyatı zamanı onda xərçəng olduğu aşkarlanmışdı. Cavan qız idi, kimyaterapia aldı, saçsız qaldı, böyük ruh düşkiünlüyü yaşadı, amma sağaldı. O gün yanıma bir xanımı müayinə üçün göndərmişdi. Dedi ki, o xanım sizə salam göndərdi, sağlam olduğunu saçlarının çıxdığını, hazırda məktəbdə işlədiyini sizə çatdırmağımı istədi. Üstündən 3 il keçib, uşağı böyüyüb".

Bu sözləri bizimlə söhbətində onkoginekoloq, cərrah Günay Məmmədbəyli bildirdi. G.Məmmədbəyli deyir ki, onkoginekoloji problemlərdən əziyyət çəkən xanımlar arasında sağalma faizi çoxdur, ancaq onların böyük qismi sonra sağlamlıqlarını nəzarətdə saxlamırlar, müayinəyə getmirlər.

Həkim bildirir ki, problemin həllində həkimlər qədər pasientlərin də rolu var.

- Evlənməyənə, ya da problem olmayana qədər qızları ginekoloqa aparmaq təcrübəsi bizdə yoxdur. "Niyə aparım, hələ evlənməyib, onun nə problemi olacaq ki?" deyirlər. Nə problemi ola bilir?

- Hər ay qız uşaqlarını ginekoloqa aparmaq lazım olduğunu demirəm, ancaq sağlamlığı nəzarətdə saxlamaq önəmlidir. Çünki bir çox problemlərin kökü məhz uşaqlıqdan başlayır. Axı xərçəng birdən-birə yaranmır. Nəyinsə fonunda baş verir. Ona görə, kiçik yaşlardan sağlamlığın qeydinə qalınmalıdır. Məsələn, hər ölkənin iqliminə görə, qızların aybaşı olma dövrü var. İsti ölkələrdə bir cürdür, soyuq iqlimi olanlarda başqa. Bizim ölkədə qızlar 12-13 yaşlarında aybaşı olmalıdırlar. Bəzən 16 yaşında aybaşı olmur, ana ginekoloqa müraciət etmir ki, ayıbdır, qız uşağıdır, niyə getsin ki? Ən yaxşı məsləhətçi qonşudur, deyir ki, narahat olma, məndə də elə olmuşdu. Biz də rahatlaşırıq, vaxt keçir və bir də görürük ki, qızın yumurtalığında böyük törəmə, yaxud polikistoz var, tüklənmə, kökəlmə gedir. Onda həkimə aparırlar.

- Fərqli yaş qrupunda olan xanımlarla ünsiyyətdə olursunuz. Maraqlıdır, xanımlar ginekoloji cəhətdən sağlamlıqları ilə bağlı nə dərəcədə məlumatlıdırlar?

- Deyərdim ki, böyük qismi heç də məlumatlı deyil. Düzdür, indi internet dövrüdür, oxuyub öyrənməyə çalışanlar çoxdur. İnternetdə nə qədər düzgün məlumat varsa, o qədər də səhv məlumatlarla qarşılaşırlar. Ancaq illər öncə ilə müqayisə edəndə, indi məlumatlı olanların sayı artır. Çoxlu maarifləndirilmə işinə ehtiyac var. Bir müddət öncə Xəzər Rayonu İcra Hakimiyyəti məni dəvət etdi, xanımlar üçün ginekologiya ilə bağlı maarifləndirici bir görüş təşkil etmişdilər. Zal dolu idi, o qədər adam gözləmirdim. Belə görüşlərin hər yerdə keçirilməsinə ehtiyac var, çünki məlumatsızlıq səviyyəsi çoxdur.   - Xanımlar, əsasən nədən məlumatsız olurlar?

- Birincisi, həkimə getmək mədəniyyəti bizdə hələ tam formalaşmayıb. Bir çox xanım düşünür ki, bakirədirsə, onda ginekoloji nə problem ola bilər ki? Ona görə, həkimə getmir. Yaxud düşünürlər ki, qadın aybaşıdan kəsilirsə, klimaks dövrüdürsə, artıq həkimə getməyə ehtiyac yoxdur. Deyirlər ki, bundan sonra doğmayacağam, niyə getməliyəm? "Yoldaşım çoxdan rəhmətə gedib, mən həkimə niyə gedim?" deyənlər də olur. Amma bir çoxu bilmir ki, ginekoloji xəstəliklərin çoxu klimaks dövründə özünü büruzə verir. Uşaqlıq boynu xərçənginə daha çox 45 yaşlarda rast gəlinirsə, uşaqlıq cismi xəstəlikləri, xarici cinsiyyət üzvlərinin xərçəngi daha yaşlı qadınlarda olur. Qadınlar məlumatsızdırlar ki, klimaks dövründə bir damcı belə qan gəlməməlidir. Əsəbiləşdim, ağırlıq qaldırdım, təzyiqim qalxdı və s. deyə, qan gəldi, deyib boş yanaşırlar, amma qan olmamalıdır. Qadın kəsildisə, kəsildi. Qan gəlirsə, "mütləq xərçəngdir" demək də olmaz, çünki müxtəlif səbəblərdən ola bilər. Amma həkim müayinəsinə getməlidir ki, bunun niyə olduğu dəqiq bilinsin.

- Qadınlarda onkoloji xəstəliklər arasında rastgəlmə tezliyinə görə ilk yerlərdə olan uşaqlıq boynunun xərçəngindən danışaq. Xəstəliyin bu qədər çox olmasının səbəbi nədir?

- Ədəbiyyatlarda yazılır ki, uşaqlıq boynu xərçəngi rahibələrdə olmur. Bu, alimləri bu istiqamətdə araşdırma aparmağa vadar etdi. Təsdiq olundu ki, cinsi əlaqədə olmayan qadınlarda bu növ xərçəng demək olar ki, yaranmır. 2007-ci ildə isə isbat edildi ki, bu xəstəlik virus vasitəsilə - insandan-insana keçə bilir. Dolayısı ilə uşaqlıq boynu xərçəngi papiloma virusu vasitəsilə kişilərdən qadınlara keçir. Ona görə, bu xəstəliyin qadınlarda yaranmasında, kişilərin bilavasitə rolu var.

Daha çox nəzarətsiz cinsi əlaqələr, bir həftə, bir ay ərzində seksual partnyorların dəyişməsi uşaqlıq boynu xərçənginə gətirib çıxara bilir.    - Bu problemlə üzləşən xanımların həyat yoldaşlarının sağlamlığında heç bir problem olmur axı...

- Kişilər daşıyıcı olurlar, adətən onların sağlamlığına mənfi təsir göstərmir. Nadir hallarda onlarda da problem ola bilir.   - Onkoginekoloji xəstəliklərin yaranmasına səbəb olaraq həm də pəhrizləri göstərirlər.