Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ


Digərləri 23 Fev 2020 23:25:00 163 0

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sosial şəbəkələrdə koronovirsa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumata münasibət bildirib.

Son.az xəbər verir ki, Trend-ə daxil olan məlumatda bildirilir ki, məsələ ilə bağlı yayılan səs yazısı həqiqəti əks etdirmir: "Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib.

Qeyd edək ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir.

Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur.