Azərbaycanlı aparıcı: "Hətta "İnstaqram” səhifəmi belə açmağa narazılıq edirdi..." FOTO


Şou-biznes 23 Fev 2020 22:35:00 194 0

Azərbaycanlı aparıcı: "Hətta "İnstaqram” səhifəmi belə açmağa narazılıq edirdi..."  FOTO

Aynur Kərimli: Gözəlliyin on olduğunu nəzərə alsaq, hazırda onun yarısı saç və makiyajın payına düşür

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Deyir ki, qadın baxımlı və özünə qarşı diqqətli olmağı bacarmalıdır. Əsl qadın olmağı isə heç bir məktəb, institut öyrətmir. Bu məktəbi ağlı, davranışı, səliqəsi, xarakteri, zəhməti ilə qadın özü yaradır. Müsahibimiz ARB televiziyasında yayımlanan "Tərz+" verilişinin aparıcısı Aynur Kərimlidir.     - Yəqin ki, aparıcı olmaq sonradan yaranan bir istək olmayıb.

- Uşaq yaşlarımdan aparıcı olmaq istəyim var idi. Ancaq valideynlərim deyirdilər ki, sənin normal danışıq qabiliyyətin yoxdur. Yəni danışığın aydın başa düşülmür, bunun üçün səndən aparıcı olmaz. Tez-tez və hövsələsiz şəkildə danışırdım. Ancaq buna baxmayaraq, televiziyaya böyük marağım vardı. Aparıcı olmağa da iddialı idim. Uşaq yaşlarımda qəzeti qarşıma qoyub, güzgünün qarşısında onu səsləndirərək özümü aparıcı kimi hiss edirdim. İndikindən fərqli olaraq onda ancaq özümü tərifləyirdim. Nəticədə məktəbi bitirdikdən sonra sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verdim. Yüksək bal toplasam da, seçimimi dəyişməyərək "Ədəbi yaradıcılıq və ekran dramaturgiyası" ixtisasını bitirdim. Bilirdim ki, arzularıma doğru gedən yol məhz bu universitetdən keçir.

- Dəbə ayaq uydurmaq gözəlliyin neçə faizini təşkil edir?

- Dəbin gözəlliyə heç bir aidiyyatı yoxdur. Dəbi həyat tərzimizə uyğunlaşdırmalıyıq. Uzun müddətdir ki, dəbdən, gözəllikdən, xanımlara düzgün geyim və makiyajın sirlərindən  bəhs edirəm. Özümə gəldikdə isə, nəyin dəbdə olmasından asılı olmayaraq, mənə nəyin yaraşıb-yaraşmayacağını bilirəm. Beləcə, mən dəbə yox, dəb mənə uyğunlaşır.    - Deyirlər gözəllik ondursa, doqquzu dondur. Bu deyim hazırda nə qədər aktualdır?

- İndi şərtlər dəyişib. Gözəlliyin on olduğunu nəzərə alsaq, onun beşi saçın, makiyajın payına düşür. Yerdə qalan faizi isə don, gözəllik və digər məsələlərin üzərində dayanır.    - Uzun müddətdir bu sahədə olsanız da, kifayət qədər tanınmırsınız. Halbuki bu gün tanınmaq o qədər də çətin deyil.

- Əlbəttə ki, indi sosial şəbəkələr və  yaxşı çevrə ilə 1 günə də tanınmaq olar. Ancaq baxır necə və hansı şəkildə tanınırsan. Aparıcı tanınması üçün gündəlik cəmiyyət içində olmalı, özünü yaxşı reklam etdirməyi, mətbuatla dost olmasa da, özünü dost kimi göstərməyi bacarmalı, onların könlünü xoş tutmalıdır. Tədbirlərə, el şənliklərinə getməli, bir verilişlə kifayətlənməməlidir. Dilini şirin edib hər kəslə ünsiyyətdə olmağı bacarmalıdır. Şou-biznesə qoşulub, onlarla dostluq münasibətini saxlamalıdır ki, daim diqqətdə və gündəmdə olsun. Mən bu sadaladıqlarımın heç biri etməmişəm. Öz verilişimi təqdim edib, sakit kənara çəkilərək işimi görmüşəm. Bəzən mediadakı dostlarım mənə "səninlə qalmaqallı müsahibə edək" deyə müraciət ediblər. Heç zaman özümü belə ucuz reklam etdirməyin tərəfdarı olmamışam. Hər şeydən öncə ailəmi və ən əsası da anamı düşünmüşəm. Çünki anamın nəzarəti üzərimdə böyükdür. Hətta "İnstaqram" səhifəmi belə açmağa narazılıq edirdi. Anamı hələ təzə yola gətirmişəm ki, mən aparıcıyam və "İnstaqram" səhifəm olmalıdır.

- İndi geyimdən çox, makiyaj etdirmək, dəyişmək dəb halını alıb.

- Makiyaj insanı çox dəyişdirir. Bir qadın makiyaj vasitəsi ilə istədiyi hər şeyə nail ola bilər. İndi müasir zamandır, texnologiya o qədər inkişaf edib ki, insanlar qrim və estetik əməliyyatla istədiyi effekti və görüntünü ala bilir. İnsanın geyimi, duruşu, qaməti qədər onun siması da önəmlidir. Hətta mən deyərdim ki, bu gün sima olaraq gözəl görünmək dəbdən və sadaladığımız digər məsələlərdən daha çox önəmlidir və müzakirə obyektidir. Hər makiyaj və stil tərzinə uyğun olaraq xanımların görüşünü dəyişirlər. Özüm isə gündəlik həyatda çox az makiyajdan istifadə edirəm. Çəkiliş zamanı makiyaj olunduğum üçün gündəlik həyatımda makiyajdan istifadə etmirəm ki, dərim nəfəs alsın.    - Deyirlər, çirkin xanım yoxdur, baxımsız xanım var. Bəzən baxım belə xanımları xilas edə bilmir.