Səhər bir stəkan qoz suyu içməyin FAYDASI Şəkəri salır, arıqladır


Digərləri 23 Fev 2020 22:04:00 158 0

Səhər bir stəkan qoz suyu içməyin FAYDASI  Şəkəri salır, arıqladır

Qozun insan sağlamlığına faydalı tərəfləri haqqında eşitmisiniz. Zəngin qidalandırıcı dəyərlərə və zülallara sahib qozun suyu da özü qədər faydalıdır.

Son.az medicina.az-a istinadən bildirir ki, bütün günü enerjili olmaq üçün səhər yuxudan oyanan kim bir gecə əvvəl hazırladığınız qoz suyu içməniz məsləhətdir.

Proteinlə zəngindir

Yağla zəngin olan qoz yüksək miqdarda protein ehtiva edir. Xüsusilə ət istehlak etməyən insanlar üçün qoz suyu çox faydalıdır.Əgər vegeterian və yapesketariansınızsa, qozdan lazım olan zülalı ala bilərsiniz.

Tox saxlayır

Qoz suyu içərisində olan çox miqdarda protein sayəsində uzun müddət tox saxlayır və orqanizmdəki yağ yandırılmasını asanlaşdırır.

Xolesterol tənzimləyicisi

Xolesterol probleminiz varsa, qoz suyu müsbət təsir göstərir. Qoz suyu həm də pis xolesterolun artmasının qarşısını alır.

Damar sağlamlığı üçün faydalıdır

Qoz suyu damar sağlamlığı üçün faydalıdır. Qoz suyunun müntəzəm istehlakı ürək, damar və qan dövranı sisteminə faydalıdır. Damarların tıxanmasının qarşısını alır və ürək-damar xəstəlikləri riskini azaldır.

Həzmə kömək edir

Qoz suyunu istehlak etmək həzmi də asanlaşdırır. Qoz suyu tərkibindəki omeqa 3 yağ turşusu sinir sisteminin sağlam bir şəkildə işləməsinə kömək edir. Qəbizlik probleminiz varsa, qoz suyu bu problemi asanlıqla aradan qaldıracaq.