"Nəvəm mənə xoşbəxtliyin dadını bəxş edib" Mənim nəvəm FOTO


Digərləri 23 Fev 2020 21:50:00 149 0

"Nəvəm mənə xoşbəxtliyin dadını bəxş edib"  Mənim nəvəm  FOTO

İbrahim Rüstəmli: "Ona göstərdiyim qayğının mində birini qızıma göstərməmişəm"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Həyata fərqli baxış tərzi var. Ömrünün ən gözəl illərini isə yaşadığı son 2 ili hesab edir. Deyir ki, qızının övladı Esma doğulduqdan sonra həyatı rənglənib. Nəvəsini həyatının ikinci baharı hesab edir. Yaş yarımlıq Esmanı göydən enmiş mələk kimi dəyərləndirir.

Beləliklə, "Mənim nəvəm" rubrikamızın budəfəki qonağı ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmlidir.   - Baba olduqdan sonra həyatınızda nələr dəyişdi?

- Baba olduqdan sonra özümü yenidən kəşf etdim. İndiyə kimi yaşamadığım, duymadığım hislərlə baş-başa qaldım. Sözlə ifadə etməyə çətinlik çəkdiyim hissləri yaşadım. Elə hisslər ki, bu gün də öz təravətini, yaşam əhəmiyyətini itirməyib. Yalnız baba olduqdan sonra bu hisslərin fərqinə vardım. Övladın üçün çəkdiyin əziyyətin yüz qatını nəvən üçün çəkirsən. Gecələr yuxusuz qalırsan, kimsə nəvənin üstünə acıqlandıqda, bu, sənin pisinə gəlir. Övladlarım yıxılanda əsəbiləşmədiyin halda nəvən yıxılanda çox narahat olursan. Qızım həm pedaqoq, həm də magistrin 2-ci kursunda təhsil aldığı üçün səhər çıxıb, axşam gəldiyi üçün nəvəmə biz baxırıq. Mən də buna görə çox xoşbəxtəm. Bilirsiniz ki, yaradıcı adamam və yaradıcı adam üçün sakitlik, yaradıcı mühit mütləqdir. Ancaq nəvəm Esma o mühitin altını üstünə çevirib. Kompyuterimi açmağa qorxuram. Klaviaturamı yerindən çıxarır, kompyuterimin üstündə oturur, etdiyi bütün dəcəlliklərə göz yummaq məcburiyyətində qalıram və bir söz deyə bilmirəm. Özümə söz vermişəm ki, nə qədər nəvəm burdadır o kompyuteri açmayacağam. Nəvə sahibi olmaq  möhtəşəm duyğudur. Nəvəm mənə həqiqətən xoşbəxtliyin dadını bəxş edib. Həyatıma yeni bir rəng qatıb, yeni bir not gətirib.   "Övladlarıma qarşı münasibətdə bu qədər həssas olmamışam"   - Deyirlər babanın önündə əyildiyi yeganə varlıq nəvəsidir. Bu fikirlər doğrudurmu?

- Esma boynuma çıxır  və mən də belimdə onu daşıyıram. Nəvəmə laylalar oxuyur, şeirlər, nağıllar danışıram. Yaşının az olmasına baxmayaraq, bilirəm ki, bunlar onun alt şüurunda çox böyük rol oynayır. Bəlkə övladlarıma qarşı münasibətdə bu qədər həssas olmamışam, amma nəvəmə qarşı bütün prinsiplərə riayət edirəm. İstəyirəm ki, onda maraq və simpatiya duyğusu sürətlə inkişaf etsin. Nəvəm məni çox istəyir, məndən ayrılmır. Hətta nənəsi bütün günü onunla məşğul olur, ancaq mən içəri girəndə qollarını açıb üstümə qaçır, boynumu qucaqlayır.   - Övladlarınız sizi nəvənizə qısqanırmı?

- Bəzən qızımla bu barədə söhbət edirik. Deyir ki, mənim üçün etmədiklərini nəvən üçün edirsən. Qızım haradasa haqlıdır. Zamanında mən ona qarşı çox sərt olmuşam. O, yüksək balla universitetə qəbul olub və indi də ən yüksək balla magistraturanın ikinci kursunda təhsil alır. İmtahan verərək pedaqoq kimi çalışır. Mən nəvəmə göstərdiyim qayğının mində birini qızıma göstərməmişəm.   - Qızınızla sərt davrandığınız üçün bu gün peşmançılıq hissi keçirirsinizmi?

- Nəticəyə baxanda peşmançılıq keçirməyə heç bir əsas görmürəm. Şərq dünyasında qız kimi doğulmaq özü həyata 1:0 məğlub olmaq deməkdir. Bizdə İslam fanatizminin elementləri hələ də qalmaqdadır. Cəmiyyətimiz daha çox oğul övladları ilə fəxr edirlər. Təəssüf hissi ilə deyim ki, bir zamanlar mən də oğul övladımın olmasını daha çox istəyirdim. Qızım doğulana qədər mənim bir oğlum vardı, istəyirdim iki oğlum olsun. Ancaq qızımı ilk dəfə görəndən ta bu günə qədər Allaha dua edirəm ki, bu fikirlərimə görə mənim günahımdan keçsin. Mənim qızım yox, qızılım olub. Mən ona qarşı sərt olmuşam. Qızımı yetişdirərkən istəyirdim ki, alnı açıq, təmiz adla ailə qursun. İstəyimə də nail oldum. Mənim ona verdiyim ən böyük cehiz onun təmiz adı, tərbiyəsidir. Qızıma qarşı sərt rəftarıma görə peşman deyiləm və bu gün mənim ən zəif nöqtəm nəvəmdir.   "Nəvə insan həyatında böyük bir yenilikdir"   - Atalarımızın "dövlətdə dəvə, övladda nəvə" deyimi sizcə, nə qədər doğrudur?