Yeni gerçəklik. Avropa kinosuna müharibənin təsiri


Digərləri 23 Fev 2020 21:30:00 132 0

Yeni gerçəklik. Avropa kinosuna müharibənin təsiri

İkinci Dünya müharibəsi sona yaxınlaşanda filmlərdəki təbliğat artıq mənasını itirmişdi. Ancaq onun qoyduğu iz hamının düşündüyündən də dərin oldu. Çünki vətənpərvərlik dəyərlərindən başqa müharibədən bəhs edən sənədli filmlər və kinoxronikalar əvvəllər olmayan realizmilə tamaşaçılarda böyük maraq oyatmışdı.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İtaliyada kino istehsalı müharibədən sonra sanki yenidən doğuldu. İlk mərhələdə döyüş səhnələrini əks etdirən filmləri təkrar çəkməyə başlasalar da, sonradan müharibədən sonrakı dövrün ən vacib və aktual cərəyanı sayılan "neorealizm" seçilməyə başlandı. Bu termini zəngin dünyagörüşə malik Norberto Barolo "Dumanlı buxta" (1938) filmi haqqında danışarkən işlədib. Ancaq İtaliyanın "neorealizm"i Roberto Rosselininin "Roma, açıq şəhər" filmi ilə başlayır. Bu film bir neçə qrup şəhər sakinlərinin faşist qoşunlarına göstərdiyi müqavimətdən bəhs edir. Əsərdəki yenilik beynəlxalq aləmdə təsirsiz ötüşmədi. Rosselini kameraları küçələrə çıxarıb müharibənin törətdiyi dağıntıları lentə alaraq professional olmayan aktyorlarla reallığın bir növ portretini qurmuşdu. Cəmiyyətin realist baxışı kədərli olsa da, sonradan 1940-cı illərdə bu ənənə Alessandro Blassettinin "Buludlar arasında dörd addım", Vittorio de Sikanın "Uşaqlar bizə baxır" filmlərində və Luçino Viskontinin "Vəsvəsə" operasında davam etdirilmişdi.

"Neorealizm" bir qrup istedadlı rejissorları bir araya gətirdi. Hərəsinin öz dəstixətti olsa da məqsədləri bir idi: reallığı aydın və sərt şəkildə təsvir etmək, olduğu şeyi təhrif edən effektlərdən istifadə etməmək. Bunu etmək üçün rejissorlar üzünə mimika verə bilən aktyorlarla işləməyə başladılar və təbii işıqlandırmadan istifadə edərək xüsusi mənzərələr seçdilər, sadə dialoqlar qurdular. Bu cərəyana dəstək olan kinoşünaslar faşist rejimindən sonrakı dövrdə italyan kinosunun "qızıl illəri"ni yaşamasına nail oldular. "Torpaq titrəyir", "Şəhər müdafiə olunur", "Mərhəmət olmadan", "Sülh içində yaşamaq", "Acı düyü" və digər möhtəşəm filmlər çəkildi. Ancaq bu cərəyanın ömrü 1960-illərin gəlişi ilə, daha dəqiq desək, Pier Paolo Pasolininin "Accatone" və "Mamma Roma" ekran əsərləri ilə sona çatdı.

Neorealizm özünün simasını İtaliya kinosunda tapsa da onu yerli janr hesab etmək yanlış olardı. Onun nəzəri prinsipləri digər kino janrlarına da təsir etdi. Misal olaraq, Fransada çoxları cəmiyyətin bu "yeni gerçəkliyi"ni öz kameraları ilə əks etdirməyə çalışırdılar. Fransalı Rene Klomonun çəkdiyi "La bataille du rail" filmini izləyənlər onun "Roma, açıq şəhər" ekran əsərinə bənzəməsini istəyirdilər. Neorealist cərəyanı həmçinin Robert Bressonun yaradıcılığına də təsir etmişdi. O, təbii dekorasiyalardan istifadə edir, qeyri professional aktyorları kastinqə dəvət edirdi. Buna baxmayaraq, Bresson neorealist prinsiplərilə kifayətlənməyib fərdi üslubunu yaradır. Kino dilinin bütün imkanlarını öyrənərək "Keşişin gündəliyi", "Ölümə məhkum olunmuş qaçdı" və "Pickpoket" filmlərini çıkdi.

Birləşmiş Ştatlarda "neorealizm" cərəyanı Elia Kazanın "Cinayətkarlıqla mübarizə aparan", Nikolas Reyin "Gecə məşuqları" filmləri ilə özünü göstərdi. Bu filmlər cəmiyyətin hissini, keçirdiyi narahatlığı əks etdirirdi. Ancaq bu əsərlərin qarşısında kinostudiyaların tələbi ilə dedektiv janr üstünlüyü ələ aldı, "Laura", "Ölüm", "Əbədi yuxu", "Cinayətkarlar", "Ölümün öpüşü" və digər filmlər çəkildi.