Arağı duzlu xiyarla içmək olmaz ALİMLƏR


Digərləri 23 Fev 2020 21:25:00 204 0

Arağı duzlu xiyarla içmək olmaz  ALİMLƏR

Spirtli içkilər yanında verilən "zakuska" turşu xiyar, marinadlar əslində uyğun deyil.

Son.az medicina.az-a istinadən bildirir ki, əvvəllər içki yanında duza qoyulmuş xiyar yeyilirdi. 

Həkimlər hesab edir ki, şoraba əslində həzm orqanlarına içkinin təsirini azaldır, orqanizmin su-duz balansını tənzimləyir.

Amma müasir xiyarlar marinaddır, tərkibində sirkə, müxtəlif maddələr, konservantlar var. Bu xiyarlar əksinə mədənin selikli qişasını daha da zədələyib iltihaba zəmin yaradır. Bu zaman alkoqol mədəni daha çox "dağıdır". 

İçki yanında istiotlu, acılı qəlyanaltılar, marinad turşu yeyənlərdə qastrit, eroziya, xora yaranır. Əgər insanda əvvəldən qastrit, xora varsa, alkoqolla xiyar yedikdə daha da dərinləşir.