İranda daha bir GÜCLÜ ZƏLZƏLƏ oldu


Dünya 23 Fev 2020 20:45:00 131 0

İranda daha bir GÜCLÜ ZƏLZƏLƏ oldu

İranın Qərbi Azərbaycan vilayətində 5,7 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, zəlzələ fevralın 23-ü yerli vaxtla saat 19:30-da qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanların ocağı 28 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentri Zәrabad şәhәrindәn 21 kilometr məsafədə olub.

İnsan itkisi haqda məlumat verilməyib.