Akupunktura nədir? Qədim Çin təbabətinin möcüzəvi təsiri


Digərləri 23 Fev 2020 20:35:00 161 0

Akupunktura nədir?  Qədim Çin təbabətinin möcüzəvi təsiri

Akupunktura (iynə batırma) ənənəvi Çin təbabətinin bir qolu olub, müalicə məqsədi ilə bədənin xüsusi nöqtələrinə, xüsusi iynələrin batırılması ilə həyata keçirilir.

Bir müalicə üsulu kimi akupunktura yüzilliklərlə inkişaf edib. Yalnız 1951 ci ildə Çində (Pekin şəhərində) akupunktura metodları üzrə Eksperimental İnstitut yaradıldı, 1955-ci ildə isə Elmi Tətqiqat İnstitutuna çevrildi. Təxminən elə həmin vaxtlardan akupunktura, bütün dünyada əlavə müalicə metodu kimi geniş miqlasda istifadə olunmağa başlandı.

Hal hazırda Çində, Yaponiyada, Koreyada akupunktura xroniki xəstəliklərin müalicəsində tətbiq olunur. Bu ölkələrdə akupunktura sakitləşdirici və tonuslandırıcı metod kimi də geniş istifadə olunur. Həmçinin cərrahiyyədə və tibbin digər sahələrində iynəbatırmadan istifadə edirlər.

Hər bir insanın bədənində 650 nöqtə mövcuddur ki, bunlara təsir edərək müxtəlif xəstəlikləri müalicə etmək, orqanizmin ümumi vəziyyətini, həyat enerjisini tənzimləmək mümkündür.

Son.az medicina.az-a istinadən bildirir ki, bu metod bədənin bir çox fərqli nöqtəsinə edilə bilər, lakin ən təsirli nöqtələri qulaqdadır. Qulaqdakı müəyyən nöqtələrə təzyiqlər müxtəlif orqanlar və bədənin digər hissələrinəmüsbət təsir göstərir. Bu metod həm də rahatlamaq ,stresdən azad olmaq və bədənin təsirini artırmaq üçün istifadə edilə bilər.

Qulaq akupunturu ( iynə batırma) nədir?

İynə batırma qulaqdakı nöqtələrə təzyiq nəticəsində bütün bədəni müalicə edə biləcək bir üsuldur. Qulaqda müəyyən maqnit sahələri var. Bu sahələr elektro-nevroloji ölçmələrlə qulaqdakı siqnalları ölçür. Bu siqnal nöqtələrindən bəzilərinə daimi kiçik iynələr, digərlərinə isə kiçik silahlar yapışdırılır. Gün ərzində bu nöqtələrə basır və müalicə etmək istədiyiniz yerləri xəbərdar edirsiniz.