Daha iki seçki məntəqəsində nəticələr etibarsız sayıldı


Siyasət 23 Fev 2020 20:11:19 157 0

Daha iki seçki məntəqəsində nəticələr etibarsız sayıldı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 118 saylı Ağdam şəhər seçki darəsi ilə bağlı müraciətə baxılıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünküiclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 118 saylı Ağdam şəhər seçki darəsi ilə bağlı müraciətə baxılıb.

"Report"un məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində qanun pozuntusuna yol verildiyi iddia edilib.

MSK katibi Arifə Muxtarova qeyd edibki, araşdırmalar zamanı pozuntu halları yalnız 25 və 33 saylı seçki məntəqələrində öz təsdiqini tapıb. A.Muxtarova həmin məntəqədə səsvermənin nəticələrinin ləğv olunmasını təklif edib.

Təklif səsə qoyularaq qəbul olunub.