Məşhur dietoloq ən təhlükəli şirniyyatları AÇIQLADI


Digərləri 23 Fev 2020 19:39:00 143 0

Məşhur dietoloq ən təhlükəli şirniyyatları AÇIQLADI

Şirniyyatın tərkibi nə qədər mürəkkəb olsa, orqanizm üçün bir o qədər təhlükəlidir.

Son.az xəbər verir ki, bu barədə dietoloq, tibb elmləri namizədi Lyudmila Zotova məlumat verib.

Bu baxımdan ən təhlükəsizi "monotərkibli" məhsullardır. Məsələn, şokolad, mürəbbə və ya bal. Mütəxəssisin sözlərinə görə, onlar onlarla maddədən ibarət olan desertdən daha zərərsizdir. Marmelad, zefir, tünd şokolada diqqət etməlisiniz.

Ən zərərlilərinə qızardılmış şirniyyatları daxil etmək olar. Çək-çək (buğda unundan hazırlanmış yumşaq xəmirdən və çiy yumurtadan hazırlanır) və digər bu kimi şirniyyatlara çox miqdarda sadə şəkər və yağlar daxildir.

İkinci yerdə ləzzətli maya xəmiri gəlir. Üçüncü yerdə şokolad batonları və qaymaqlı tortlardır.