Bədən dili insan haqqında çoxlu informasiya verir


Digərləri 23 Fev 2020 19:25:00 165 0

Bədən dili insan haqqında çoxlu informasiya verir

İnsanı digər canlılardan fərqləndirən ən mühüm xüsusiyyət müxtəlif ünsiyyət vasitələrindən istifadə edərək hiss, duyğu və düşüncələrini digərlərinə asan və rahat şəkildə ötürməsidir. İnsanlar şifahi və yazılı ünsiyyət vasitələri ilə yanaşı, bədən dili ilə də yaşadığı duyğu və coşqunu, sevinc və kədəri büruzə verirlər.

Son.az bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bədən dilindən istifadə etməyin üstünlükləri barədə danışarkən AZƏRTAC-a deyib: "Bədən dili bizim haqqımızda çox informasiya verir. Hətta danışmasaq da, onun haqqında müəyyən informasiyalar ötürür".

Onun dediyinə görə, fərdlərarası və üz-üzə ünsiyyətdə məkan, səs tonu, jestlər və mimikalar ünsiyyət əsasını təyin etməkdə böyük rol oynayır: "Bədən dili vasitəsilə birbaşa şüuraltı mesajlar ötürülür, çünki insanın düşüncə və davranışları 3D formatında həyata keçirsə, göstərdiyimiz bədən dili şüuraltı olaraq aktiv olmayan nitqin göstərdiyi hərəkətlərdir".

Hər bir cəmiyyətin mədəniyyətində istifadə etdiyi özünəməxsus bədən dili var və onun istifadə formaları da müxtəlifdir.