Ərəb koalisiyası husilərin partlayıcı ilə dolu qayığını məhv etdi


Dünya 23 Fev 2020 18:46:00 126 0

Ərəb koalisiyası husilərin partlayıcı ilə dolu qayığını məhv etdi

Ərəb koalisiyası bu gün Qırmızı dənizdə husilərə məxsus qayığı vurub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu Koalisiyanın rəhbəri Turki Əl Maliki deyib.

"Koalisiyanın hərbi dəniz qüvvələri bu gün səhər Qırmızı dənizdə içərisi partlayıcı maddələrlə dolu olan qayıq aşkar ediblər. Qayıq dəniz nəqliyyat yolları və dünya ticarəti üçün təhlükə törədirdi. Buna görə də məhv edildi", - Maliki bildirib.