Şəkidə it üç azyaşlını dişlədi


Digərləri 23 Fev 2020 17:53:00 145 0

Şəkidə it üç azyaşlını dişlədi

Şəkidə bir it üç nəfəri dişləyib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Şəkinin Qırxbulaq kəndində it kənd sakinlərinə hücum edib və üç nəfəri dişləyib. Xəsarət alan üç nəfər həmin kənd sakinləri, 2014-cü il təvəllüdlü Hüseynov Vüsal Nadir oğlu, 2011-ci il təvəllüdlü Əlili Adəm Polad oğlu və 2008-ci il təvbəllüdlü Əlifov Cəlal Cəvanşir oğlu Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanada yaralılara yardım göstərilib, quduzluğa qarşı peyvənd olunub və müalicələri davam etdirilir.