Türkiyədə yenə zəlzələ olub


Dünya 23 Fev 2020 17:46:00 147 0

Türkiyədə yenə zəlzələ olub

Türkiyə vaxtı ilə saat 15:40-da Manisa şəhərində Rixter şkalası üzrə 4,8 bal gücündə zəlzələ olub.

Son.az bildirir ki, APA-nın Boğaziçi Universitetinin Kandilli Rəsədxanası, Zəlzələ Araşdırma İnstitutuna istinadla verdiyi xəbərə görə, episentri Akhisar rayonunda olan zəlzələ yerin 8,6 kilometr dərinliyində qeydə alınıb.

Təkanlar İzmirdə də hiss edilib.