İtaliyada koronavirusa yoluxanların sayı 132 nəfərə çatdı


Dünya 23 Fev 2020 17:26:00 133 0

İtaliyada koronavirusa yoluxanların sayı 132 nəfərə çatdı

İtaliyada koronavirusa yoluxanların sayı 132 nəfərə çatıb.

Son.az bildirir ki, APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borelli bildirib.

Koronavirusa yoluxan 132 nəfərdən 2-i həyatını itirib, biri sağalıb. Hazırda 129 nəfər həkim nəzarətindədir.

Virusa yoluxma İtaliyanın dörd şimal əyalətində qeydə alınıb. Lombardiyada 88, Venetoda 24, Emilia-Romanye və Pyemontedə isə 9 nəfər virusa yoluxub.