"Dostlar" 15 ildən sonra yeni layihədə FOTO


Digərləri 23 Fev 2020 16:53:00 208 0

"Dostlar" 15 ildən sonra yeni layihədə  FOTO

Bir vaxtların məşhur "Dostlar" serialının aktyorları 15 ildən sonra yenidən bir araya gəlir.

Son.az axşam.az-a istinadən bildirir ki, məşhurlar mayda nümayiş olunacaq özəl bir bölümə çəkiləcəklər.

Məlumata görə, bu dəfə də ekran işinin bütün aktyorları - Cennifer Eniston (Raçel), Kortni Koks (Monika) Lisa Kudrov (Foibi), Matt Liblank (Coey), Metyu Perri (Çandler) və Devid Sçivimmer (Ross) yeni ekran işində iştirak edəcəklər. Bu barədə Perri "Dostlar" serialından bir kadr paylaşaraq məlumat verib.

Qeyd edək ki, bir bölüm üçün ulduzların hər biri 2,5 milyon dollar qonorar alacaq.