Dövlət başçılarını biabır edən açıqlamalar: “Mənim gözəlliyim ondadır ki...” FOTO


Dünya 23 Fev 2020 15:57:00 156 0

Dövlət başçılarını biabır edən açıqlamalar: “Mənim gözəlliyim ondadır ki...”  FOTO

Hər şey dəyşməkdədir. İnsanlar komediya ustalarının çıxışlarını ciddi qəbul edirlər, siyasətçilərin dediklərini isə gülüşlə qarşılayırlar.

Amerikada at belində inək otaran-kovboy (cow-inək, boy-oğlan) rolunun mahir ifaçısı Vill Rocersin (Will Rogers) belə bir fikri var. Rocersin adı Ginnesin rekordlar kitabına da düşüb. O, bir dəfəyə atın başına, ayağına və atın üstündəki süvariyə kəmənd ata bilirdi. Amerikada dedikləri kinayəli gülüşlə qarşılanan siyasətçi çox olub. Yəqin ki, aktyor və jurnalist olan Vill Rocersin bu fikri müşahidələrdən doğub.

Son.az musavat.com-un bu istiqamətdə apardığı ötəri bir araşdırmanı təqdim edir.

Elə Donlald Trampdan başlayaq. 

"İŞİD-i Barak Obama yaradıb"

2016-cı ildə Donald Tramp Floridada prezident seçkisi kampaniyası zamanı belə bir bəyanatla çıxış etdi: "İŞİD-i yüksəldən Barak Obamadır. İŞİD-in yaradıcısı odur. Mən deyərdim ki, Hillari Klinton isə İŞİD-ın həmtəsisçisidir".

İranın dini lideri Əli Xameneyi bu açıqlamaya istinadən İŞİD-ın ABŞ tərəfindən yaradıldğını söylədi...

"Açığı budur ki, İran Suriyada nə istəsə, edə bilər"

Donald Tramp Amerika qoşunlarının Suriyadan çıxarılmasına göstəriş verdikdən sonra jurnalistlərin qarşısına çıxdı. Sualların biri belə idi: "Amerika qoşunlarının Suriyadan çıxması İranın bölgədəki ambisiyalarına yeni impuls verə bilərmi?"

Prezidentin cavabı çoxlarını heyrətdə buraxdı: "Açığı budur ki, İran Suriyada nə istəsə, edə bilər".

"Nefti isə öz ölkəmiz üçün götürəcəyik"

ABŞ-ın İŞİD-ə qarşı apardığı müharibə barədə danışan Donald Tramp bəyan etdi ki, "İŞİD-i məhv edəcəyik, nefti isə öz ölkəmiz üçün götürəcəyik".

Bu bəyanat isə Amerikanın əleyhinə işlədi. Belə bir rəy formalaşdı ki, ABŞ İŞİD-ə qarşı məhz nefti əl keçirmək məqsədi ilə müharibə aparır...

Donald Tramp Hillari Klinton haqqında...

Debat zamanı (2016-cı il, oktyabr.) üz-üzə gəlidilər. Donald Tramp deyir: "Məndən çox qadına hörmət edən birisi tapılmaz".

5 dəqiqə sonra isə o, üzünü Hillari Klintona tutaraq gileyləndi: "Belə də murdar qadın olar?"

"Ərini məmnun edə bilməyən..."

Donald Trampın Hillari Klinton haqqında dediyi bu fikir isə bütün Amerikanı gülüşə qərq etdi: "Hillari Klinton heç öz ərini məmnun edə bilmir, axı o, bütün Amerikanı necə məmnun edə bilər?"

Donald Tramp qızı İvanka haqqında... 

"İvankanın bunu edəcəyini düşünmürəm, baxmayaraq ki, onun çox cazibədar əndamı var. İvanka qızım olmasaydı, bəlkə də onunla görüşərdim". (İvanka "Playboy" jurnalına poza versə, buna necə reaksiya verərdiz", sualına cavabı)

"Birini güllələyib, öldürsəm belə..."

"Əgər mən Beşinci xiyabanda (Fifth Avenue) dayanıb, kimi isə güllələsəm belə, seçicilərin səsini itirmərəm. Bu, inanılmaz olsa da, belədir".(2016-cı il, yanvar. Seçicilər bu sözləri sürəkli gülüş və alqışla qarşılayırlar)

"Vladimir Putin Ukraynaya girməyə hazırlaşmır"

2014-cü il, 31 iyul. Rusiya Krımı işğal edib. Donald Trampın bundan xəbəri yoxdur. Onun bəyanatına diqqət edin: "Vladimir Putin Ukraynaya daxil olmağa hazırlaşmır. Sadəcə, siz elə (səhv) başa düşmüsüz".

"Müsəlmanların Amerikaya girişi qadağan edilsin"

Bu fikir də Donald Trampa məxsusdur. O, iddia edir ki, Amerikani terrorçulardan qorumaq üçün belə bir göstəriş verib...