Cənubi Koreyada koronavirusa yoluxanların sayı 600 nəfəri ötüb


Dünya 23 Fev 2020 15:41:00 133 0

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 600 nəfəri ötüb

Cənubi Koreyada koronavirusa yoluxma ilə bağlı 46 yeni hal qeydə alınıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Cənubi Koreya Səhiyyə Nazirliyi yanında Xəstəliklərə nəzarət və profilaktika üzrə Mərkəz məlumat yayıb.

Beləliklə, bu ölkədə koronavirusa yoluxanların sayı 602 nəfərə çatıb.