Tehrandakı Ermənistan səfirliyi fəaliyyətini dayandırdı


Dünya 23 Fev 2020 15:30:00 167 0

Tehrandakı Ermənistan səfirliyi fəaliyyətini dayandırdı

Ermənistanın Tehrandakı səfirliyinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Məlumata görə, 23 fevraldan etibarən Ermənistanın Tehrandakı səfirliyi və konsulluq idarəsi fəaliyyət göstərməyəcək və qəbul olmayacaq.

İran mediaları Ermənistan səfirliyinin fəaliyyətini dayandırması səbəbini açıqlamayıblar.