10 yaşlı Atakan ilə gündəmə gələn “indiqo və kristal uşaq" anlayışı nədir? FOTO


Digərləri 23 Fev 2020 14:46:00 205 0

10 yaşlı Atakan ilə gündəmə gələn “indiqo və kristal uşaq" anlayışı nədir?  FOTO

Türkiyədə Atakan adlı 10 yaşlı uşağın videosu son günlərin ən çox müzakirə edilən mövzular arasında yer alıb.

Atakan yaşı az olmasına baxmayaraq, yaşıdlarından çox fərqlənir.

250-yə yaxın fəlsəfi və elmi kitab oxuyan Atakan danışdıqları və düşüncələri ilə milyonlarla insanı özünə heyran qoyub.

Gələcəkdə təhsil, səhiyyə və idarəetmədə islahatlar aparmaq istədiyini deyən Atakan bəzi sağalmaz xəstəliklərin müalicəsinin tapılması üçün də çalışacağını bildirib.

O, fəlsəfə sahəsi üzrə biliklərini daha da təkmilləşdirmək niyyətindədir.

Atakanı görənlər "yeni dahi yetişir" fikrindədirlər.

Son.az musavat.com-a istinadən bildirir ki, onu izləyən şəxslər Atakanı "indiqo uşaq" və ya "kristal uşaq" da adlandırır.

"İndiqo uşaq" və "kristal uşaq" nədir?

İndiqo - qeyri-adi qabiliyyətə, fenomen istedada malik yeni nəsl insanlara deyilir.

"İndiqo uşaqlar" haqqında ilk dəfə amerikalı ekstrahiss və sinestetiki Nensi Enn Tepp 1982-ci ildə nəşr etdirdiyi "İşıq vasitəsilə həyatı necə qaydaya salmaq olar" kitabında qeyd edib.

Ekstrahiss insanların auralarını yoxlaması zamanı bu qeyri-adi uşaqların aurasının başqalarından fərqli rəngdə - tünd göy rəngdə olduğunu bildirmiş və belə auralı insanları indiqo insanlar adlandırıb. Elmi cəhətdən sübut olunmayan bu nəzəriyyə daha sonra kitablar və filmlər tərəfindən mənimsənildi.

Nəzəriyyəyə görə, indiqo uşaqların xüsusiyyətləri aşağıdakılardır:

- Bu uşaqlar qeyri-adi dərəcədə ağıllıdırlar;

- Onların özünə inamı son dərəcə yüksəkdir;

- Hakimiyyətə qarşı çıxırlar;

- Çox canlı və aktivdirlər;

- İntiusiyaları çox güclü olur;