İranda koronavirusdan ölənlərin sayı artıb


Dünya 23 Fev 2020 14:35:00 131 0

İranda koronavirusdan ölənlərin sayı artıb

İranda yeni koronavirus (Covid 19) nəticəsində dünyasını dəyişənlərin sayı 8 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, ötən bir sutka ərzində 3 nəfər koronavirus nəticəsində həlak olub.

Cahanpur əlavə edib ki, bir gün ərzində daha 15 nəfərin yeni virusa yoluxması qeydə alınıb.

Cahanpurun sözlərinə görə, 15 nəfərin 7-i Qum şəhəri, 4 nəfəri Tehran şəhəri, 2 nəfəri Gilan vilayəti, 1 nəfəri Mərkəzi vilayəti və 1 nəfəri Mazandaran vilayətindədir.