Hitlerə görə 6 övladını öldürdükdən sonra əri ilə birlikdə intihar edən qadın... FOTO


Dünya 23 Fev 2020 13:45:00 160 0

Hitlerə görə 6 övladını öldürdükdən sonra əri ilə birlikdə intihar edən qadın...  FOTO

II Dünya Müharibəsi bəşər tarixinin ən qanlı dövrlərindən biri idi. Bu dövrdə milyonlarla insan həyatını itirdi.

İkinci Dünya Müharibəsində 72 milyon 758 min 900 adam həlak oldu. Əksər ölkələr əhalisinin demək olar ki, üçdə birini itirdi. Adolf Hitlerin rəhbərlik etdiyi Nasist Almaniyası 5 milyon 754 min 400 yəhudini öldürdü.

Əlbəttə ki, bu dövrdə baş verənlər dünya tarixinin qara səhifəsi hesab edilir. Ancaq dünya Hitlerə və nasistlərə dözməsə də, Hitlerə simpatiyası olanlar da çox idi. Onlardan biri də Magda Goebbels idi.

Son.az musavat.com-a istinadən bildirir ki, nasist Almaniyasında təbliğat naziri vəzifəsini icra edən Jozef Goebbelsin həyat yoldaşı Magda Goebbels də nasist tarixində əhəmiyyətli bir yerə sahib idi.

Tarixin ən sirli personajlarından olan Maqda Goebbels memar Oskar Ritschel və Auguste Behrendin qızı olub. 1904-cü ildə bir yəhudi tacir tərəfindən övladlığa götürülüb.

1905-ci ildə analığı boşandıqda və 1906-cı ildə alman əsilli biznesmen Richard Friedländer ilə evlənəndə adı Magda Friedländer idi.

Magda 1921-ci ildə sənayeçi Günther Quandt ilə evləndi və onların oğlu Harald Quandt dünyaya gəldi. Cütlük 1929-cu ildə boşandı və Magda 1930-cu ildə Nasist Partiyasına üzv oldu.

Berlində Nasistlər Partiyasında katib olaraq çalışdı. 1931-ci ildə Joseph Goebbels ilə evləndi.

Magda Goebbelsin heyrətləndirici tərəfi isə onun Hitlerə olan sədaqəti idi. O dövrdə Magdanın Hitleri "Tanrı" olaraq gördüyü barədə şayiələr də var idi.

Həyat yoldaşı Joseph Goebbels, Adolf Hitlerin ən yaxın dostlarından biri idi.