Türkiyədə zəlzələ zamanı ölən və xəsarət alanların sayı artdı - YENİLƏNİB - FOTO


Dünya 23 Fev 2020 13:04:00 133 0

Türkiyədə zəlzələ zamanı ölən və xəsarət alanların sayı artdı - YENİLƏNİB - FOTO

Türkiyənin İranla sərhədindəki zəlzələ zamanı azı 7 nəfər həlak olub.

İranla sərhəddə baş vermiş zəlzələ zamanı Türkiyədə ölənlərin sayı 8 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

O, qeyd edib ki, zəlzələ zamanı 21 nəfər xəsarət alıb. Nazir yaralılardan 8-nin vəziyyətinin ağır olduğunu qeyd edib.

Təbii hadisə həmçinin dağıntılara səbəb olub, yaşayış evləri zərər çəkib.

***12:13

Türkiyənin İranla sərhədindəki zəlzələ zamanı bu ölkənin bir neçə vətəndaşıhəlak olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu “Haber Türk” telekanalının efirində bildirib.

O qeyd edibki, zəlzələ zamanı Van vilayətində 7 nəfər ölüb. Nazirin sözlərinə görə, ölkənin daha 5 vətəndaşı müxtəlif xəsarətlər alıblar. Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Qeyd edək ki, İran-Türkiyə sərhədində 5,7 maqnitudada zəlzələ olub. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Təbrizdən 141 kilometr qərbdə yerləşib.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək