İranda koronavirusa görə məktəb və universitetlər bağlandı


Dünya 23 Fev 2020 11:40:00 141 0

İranda koronavirusa görə məktəb və universitetlər bağlandı

İranda koronavirusun sürətlə yayılmasına görə hakimiyyət yüksək ehtiyat tədbirlərinə əl atır. Hökumət elan edib ki, virusun qeydə alındığı bütün şəhərlərdə və əyalətlərdə məktəb və universitetlər bağlanır. O cümlədən virusun yayılmağa başladığı Qum şəhərində ziyarətlər dayandırılıb, məscidlər bağlanıb, kütləvi ibadətlər qadağan olunub. Virus İranın 14 əyalətində qeydə alınıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, İranın Səhiyyə Nazirliyi ölkə üzrə 28 yoluxma halının qeydə alındığını təsdiqləyir, lakin Qum şəhəri ilə İranın digər şəhərləri arasında intensiv gediş-gəlişi nəzərə alan səhiyyə rəsmiləri əslində yoluxma hallarının daha çox olduğuna əmindir.

Virusa yoluxanların 6-sı ölüb və bu da yoluxanların 18 faizini təşkil edir. Müqayisə üçün qeyd olunur ki, epidemiyanın tüğyan etdiyi Çində koronavirusdan ölüm halları  faizə yaxındır. Bu da Çinin daha güclü səhiyyə infrastrukturuna malik olması ilə bağlıdır.

İranla qonşu ölkələr də ehtiyat tədbrləri görür. Səudiyyə Ərəbistanı öz vətəndaşların İrana getməyi qadağan edib. Ermənistanın Xarici İşlər Nazirliyi də ötən gün ölkə vətəndaşlarını İrana səfərlərdən çəkinməyə çağırıb. Parlamentin üzvü, "İşıqlı Ermənistan" fraksiyasının rəhbəri Edmon Marukyan isə ölkənin İranla quru sərhədlərini bağlamağa çağırıb.

"Bizə dost ölkə İrandan həyacanlı xəbərlər gəlir. Mövcud vəziyyətdə biz hesab edirik ki, Ermənistan-İran quru sərhədlərini müvəqqəti bağlamaq, aviareysləri dayandırmaq lazımdır. İranda koronavirusla bağlı vəziyyət sabitləşənə qədər", - o bildirib.