“Kiminsə borclarımı ödəməsinə ehtiyacım yoxdur”


Digərləri 23 Fev 2020 11:45:00 161 0

“Kiminsə borclarımı ödəməsinə ehtiyacım yoxdur”

Aktrisa-model Pamela Anderson evləndikdən 12 gün sonra boşandığı prodüser Con Pitersin onun haqda söylədiklərinə münasibət bildirib.

Son.az axşam.az-a istinadən bildirir ki, aktrisa keçmiş ərinin toydan əvvəl onun 200 min dollarlıq borcunu ödəməsinin yalan olduğunu açıqlayıb:

"Onun söylədikləri yalandır. Kiminsə borclarımı ödəməsinə ehtiyacım yoxdur. 10 milyon dollar dəyəri olan evə sahibəm. Bundan əlavə, müqavilələrim və başqa işlərim də var. Con toydan sonra mənə öz istəyi ilə 100 min dollar verib. Onunla ailə qurmaq istəyim, sadəcə, sevgidən irəli gəlmişdi".

Qeyd edək ki, fevralın əvvəlində jurnalistlərə müsahibə verən 74 yaşlı prodüser özünü axmaq, aktrisanı isə yalançı adlandırmışdı.