Peruda sel və daşqınlar nəticəsində 4 nəfər ölüb


Dünya 23 Fev 2020 11:23:00 162 0

Peruda sel və daşqınlar nəticəsində 4 nəfər ölüb

Perunun Takna vilayətində leysan yağışların yol açdığı sel və daşqınlar nəticəsində ən azı 4 nəfər ölüb.

Son.az bildirir ki, APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, xəsarət alanların sayı 20 nəfərdən çoxdur.

Takna şəhərində yaşayış evlərinə də ciddi ziyan dəyib.

Hazırda İtkin düşdüyü ehtimal edilən insanların axtarışı aparılır.