Azərbaycanın Xalq artisti Hollivud ulduzu ilə yaxın qohum imiş


Kriminal 23 Fev 2020 10:39:00 173 0

Azərbaycanın Xalq artisti Hollivud ulduzu ilə yaxın qohum imiş

Azərbaycanın Xalq artisti Lüdmila Duxovnaya, sən demə, amerikalı aktyor və ssenari müəllifi, rejissor və musiqiçi, "Məxfi materiallar" teleserialındakı agent Foks Malder roluna görə ikiqat "Qızıl qlobus" mükafatının sahibi Devid Duxovnının qohumu imiş.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, o, bu barədə jurnalist Səadət Qədirovanın "YouTube" şəbəkəsindəki "кadyrova.online" kanalında apardığı "Arzular gerçəkləşir" layihəsinin qonağı olarkən deyib.

Aparıcının Devid Duxovnı ilə qohumluq əlaqələrinin olub-olmadığı barədə sualına aktrisa müsbət cavab verib.

"Mənim babam və nənəm Bakıya Ukraynadan gəliblər. Babamın üç qardaşı da olub ki, ondan fərqli olaraq, yaşamaq üçün Qərbi seçiblər. Babam Bakını seçəndə yəqin çox cavan olub, nənəm də yaşda ondan kiçik olub. Ola bilsin, onlar buna görə isti ölkəyə gəlməyi seçiblər. Bundan əlavə, Azərbaycanda həmişə dostcasına və xeyirxah mühit olub", - aktrisa bildirib. Bibisi və əmisi oğlu Duxovnayaya məşhur aktyorun onların qohumu olduğunu bildiriblər. Bu faktı Devid Duxovnı ilə ünsiyyət qurmağa imkan tapan azərbaycanlı Şaiq Səfərov da təsdiqləyib.

Xalq artisti hesab edir ki, o, zahirən də Hollivud ulduzuna çox oxşayır. Lakin aktrisaya ulduz qohumu ilə şəxsən tanış olmaq nəsib olmayıb.