Serbiya Rusiyadan "Pantsir" aldı


Dünya 23 Fev 2020 09:44:00 137 0

Serbiya Rusiyadan "Pantsir" aldı

Serbiyanın Rusiyadan aldığı "Pantsir-S1" hava hücumundan müdafiə kompleksi bu ölkəyə gətirilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə məlumatı Serbiya Müdafiə naziri Aleksandr Vulin deyib. O bildirib ki, tədarük edilən müdafiə komplekslərinin ilk partiyası Serbiyadakı Bataynitsa hərbi hava limanına çatdırılıb.

Nazir rus istehsalı "Pantsir-S1" sistemlərinin bölgədə olan bu tip silahlar arasında yeganə olduğunu qeyd edərək, onun Serbiyanın təhlükəsizliyini artıracağını bildirib.