Zorbalıqla qarşılaşdığı üçün ölmək istəyən 9 yaşlı uşağa bütün dünya dəstək oldu VİDEO


Dünya 23 Fev 2020 09:27:00 147 0

Zorbalıqla qarşılaşdığı üçün ölmək istəyən 9 yaşlı uşağa bütün dünya dəstək oldu  VİDEO

Sosial mediada yayılan bir video izləyicilər tərəfindən böyük marağa səbəb olub.

Son.az musavat.com-a istinadən bildirir ki, "cücə sindromu"ndan əziyyət çəkən 9 yaşlı bir uşaq məktəbdə qarşılaşdığı zorakılığa görə göz yaşları içində ölmək istədiyini deyib.

Həmin anlar uşağın anası tərəfindən videolentə alınıb. 

Yarraka Bayles adlı qadının oğlu fiziki inkişafına mane olacaq bir "cırtdan sindromu" ilə dünyaya gəlib.

İllər keçdikcə və uşaq məktəbə başlayanda uşağın xüsusi vəziyyəti məktəb yoldaşlarının kobudluq etməsinə səbəb olub.

Kobudluq səviyyəsi o qədər yüksək olub ki, 9 yaşlı uşaq həyatına son qoymaq istədiyini dilə gətirib.

Çəkilən görüntülərdə 9 yaşlı uşaq "'mənə ip ver, özümü asıb öldürmək istəyirəm. Sadəcə bıçağı ürəyimə batırmaq istəyirəm. Biri məni öldürsün" kimi ifadələr işlədib.