Şamaxıda zəlzələ olub


Digərləri 23 Fev 2020 09:33:00 146 0

Şamaxıda zəlzələ olub

Fevralın 23-də Qobustan stansiyasından 35 km cənub-qərbdə Şamaxı rayonunda maqnitudası 3.3 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Son.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:43-də qeydə alınıb.

Ocağı 1,3 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.