Bakıda avtobus yük maşını ilə toqquşdu:


Digərləri 23 Fev 2020 09:05:00 159 0

Bakıda avtobus yük maşını ilə toqquşdu:

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Salyan yolunun Qaradağ rayonu ərazisinə düşən hissəsində baş verib.

Hərəkətdə olan "Ford Transit" markalı avtomobillə 164 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu toqquşub. Hadisə zamanı "Ford" markalı avtomobilin sərnişini - 1992-ci il təvəllüdlü İbrahimli Əsgər Namiq oğlu xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Fakla bağlı araşdırma aparılır.