Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı 556 nəfərə çatıb


Dünya 23 Fev 2020 08:53:00 111 0

Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı 556 nəfərə çatıb

Cənubi Koreyada yeni növ COVID-19 koronavirusuna daha 123 nəfər yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzindən bildiriblər.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 556 nəfərə çatıb.

Qeyd edək ki, Çində yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 76 936, ölənlərin sayı isə 2442 nəfərdir.