Fransanın ən köhnə AESnin işi dayandırılır


Dünya 23 Fev 2020 08:55:00 124 0

Fransanın ən köhnə AESnin işi dayandırılır

Fransanın Fessenhaym bölgəsində fevralın 22-də ölkədə mövcüd olan ən köhnə atom elektrik stansiyasının birinci reaktoru dayandırıldı.

Son.az Trend-ə istinadən bildirir ki, bir qədər əvvəl stansiyanın bağlanmasını ölkədə enerji sektorunda yeni siyasətinin başlanğıcı adlandıran müvafiq sənəd dərc edilib.

Dövlət xəzinəsi bütün nüvə stansiyalarını idarə edən "EDF" qurumuna stansiyasının bağlanmasına görə ən az 400 milyon avro ödəyəcək. AES-nın 2000 işçisinin yeni ixtisaslara yiyələnməsi üçün və ya yeni iş yerləri tapmaqda dastək məqsədi ilə şəhər meriyasına 30 milyon avro veriləcək.

Xatırladaq ki, stansiya 43 il əvvəl istifadəyə verilmişdir.