Milyardlarla insanı doydurmaq məqsədi daşıyan innovasiyalara görə iki mükafat yaradılıb


Digərləri 23 Fev 2020 08:35:00 154 0

Milyardlarla insanı doydurmaq məqsədi daşıyan innovasiyalara görə iki mükafat yaradılıb

İsveçdə hər biri 1 milyon dollar məbləğində iki mükafat yaradılıb. Bu mükafatlar milyardlarla insanı doydurmaq məqsədi daşıyan həllərə görə veriləcək.

Son.az bildirir ki, AZƏRTAC-ın xüsusi müxbiri mükafatın yaradıcılarına - İsveçin Kurt Berqfors Fonduna istinadla xəbər verir ki, yeni mükafatlar belə bir məqsədlə təsis edilib: iqlim dəyişmələri dünyada ərzaq təchizatına getdikcə daha çox təhlükə yaradır və artmaqda olan əhalinin davamlı ərzaq sistemlərinə ehtiyacı var.

Almaniyanın Potsdam İqlim Tədqiqatları İnstitutunun direktoru, mükafatın münsiflər heyətinin həmsədri Yohan Rokstrem xüsusi tədbirdə deyib: "Bizə ərzaq sistemində inqilab lazımdır. Yeni "Food Planet Prize" mükafatı bu məqsədə xidmət edəcək".

Beləliklə, hər il İsveçdə "Food Planet Prize" və "Innovative initiatives" mükafatları veriləcək. Gözlənildiyinə görə, ilk mükafatlar artıq 2020-ci ildə təqdim ediləcək.