Berni Sanders Nevada praymerizində qalib gəlir


Dünya 23 Fev 2020 08:03:00 125 0

Berni Sanders Nevada praymerizində qalib gəlir

Senator Berni Sanders qarşıdan gələn prezident seçkiləri üzrə Demokratlar Partiyasının Nevada ştatında keçirilən praymerizində səslərin hesablanmasının ilkin nəticələrinə görə qalib gəlir.

Senator Berni Sanders qarşıdan gələn prezident seçkiləri üzrə Demokratlar Partiyasının Nevada ştatında keçirilən praymerizində səslərin hesablanmasının ilkin nəticələrinə görə qalib gəlir.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, “ABC News”, “CNN”, “Fox News” və “MSNBS” tərəfindən səslərin 10% -dən çoxu hesablanıb.

CNN-in məlumatına görə, Sanders Nevada da seçicilərin 44,6 faiz səsini toplayıb.

İkinci yerdə 19,5 faiz səslə keçmiş vitse-prezident Co Bayden, üçüncü yerdə isə sabiq mer Pit Butticiç (15,6 faiz) gəlir. 78 yaşlı milyarder Maykl Blumberq praymerizdə iştirak etməyib.

Bundan əvvəl Senator Berni Sanders qarşıdan gələn prezident seçkiləri üzrə Demokratlar PartiyasınınNyu-Hempşirdəki praymerizinin qalibi olub.