2030cu ildə bu ölkədə elektromobillərin sayı 30 mini ötə bilər


Dünya 23 Fev 2020 06:30:00 100 0

2030cu ildə bu ölkədə elektromobillərin sayı 30 mini ötə bilər

2030-cu ilədək Latviyada elektromobillərin sayının 36 minə çatacağı gözlənilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu proqnozla "Nəqliyyat üçün təmiz enerji" konfransında "Latvenergo AS" şirkətinin idarə heyətinin üzvü Kaspars Tsikmaçs çıxış edib.

Onun sözlərinə görə, 2025-ci ildə Latviyada 10 mindən çox elektromobildən istifadə ediləcək.

Yol hərəkəti təhlükəsizliyi idarəsinin məlumatına görə, Latviyada elektromobillərin sayı müqayisədə 49 faiz artıb. Belə ki, ötən ilin əvvəlinə elektromobillərin sayı 442 idisə, cari ilin əvvəlinə onların sayı 658-ə çatıb.