Kriptoqrafiya nədir?


Digərləri 22 Fev 2020 23:05:00 568 0

Kriptoqrafiya nədir?

Kriptoqrafiya yunanca Κρυπτός (gizli, sirli) və Γραφος (yazı) sözlərindən yaranıb və hər hansı bir informasiyanın konfidensiallığını təmin etmək üçün istifadə edilir. Kriptoqrafiya məlumatın şifrlənməsini nəzərdə tutur. Şifrələnmiş məlumat yalnız açıq mətni oxuma haqqı olan istifadəçi tərəfindən deşifr edilə bilər. Şifrləmə məlumatın təhlükəsizliyinə tam zəmanət vermir amma onun icazəsiz istifadəsini dəfələrlə məhdudlaşdırır. Bu mətni deşifrləyib oxumaq üçün açar sözünü və şifrləmə alqoritmini bilmək lazımdır. Şifrlənəcək mətn açıq mətn adlanır, bu mətn şifrləmə açarından istifadə etməklə şifrləmə alqoritmi vasitəsilə şifrlənir.

Son.az kriptoinvest.az-a istinadən bildirir ki, ilk kriptoqrafik yazılar bizim eranın əvvəlində meydana çıxır. Qədim Misir əlyazmalarında dini mətnlər və tibbi reseptlər qeyri-standart heroqliflərlə şifrlənirdi. Çinli alim Song Tzu "Döyüş sənəti" kitabında kəşfiyyat və əks-kəşfiyyatın təməl prinsiplərini, həmçinin şifrələnmiş məlumatların işlənməsi və qorunması metodlarını formalaşdırmışdı. Roma imperatoru Yuli Sezar da öz yazışmalarında indi onun adını daşıyan "Sezar şifrəsi"-dən istifadə edirdi. Müasir ingilis əlifbasına tətbiqdə bu şifrə aşağıdakından ibarət idi - adi əlifba yazılırdı, sonra onun altında həmin əlifba, lakin sola üç hərf dövri sürüşmə ilə yazılırdı:

ABCDEFGHIJKLMNOPQRSTUVWXYZ DEFGHIJKLMNOPQRSTUVWXYZABC