“Fil” surəsi necə nazil olub?


Digərləri 22 Fev 2020 22:55:00 197 0

“Fil” surəsi necə nazil olub?

İslam Peyğəmbəri (s) və müsəlmanlar Məkkədə çox əziyyət görürlər. Allah Təala Quranda bu mövzuya dəfələrlə işarə etmiş və kafirləri əzabla hədələmişdir. "Fil" surəsi əslində tarixdə baş verən hadisəni bizə tanıtmışdır və bu yolla Peyğəmbərini (s) himayə etmişdir. Belə ki, bu surədə oxuyuruq ki, Əbrəhə filə minərək Məkkəyə tərəf yollanır ki, Kəbəni viran etsin. Allah da onları möcüzəvi yolla məhv edər və buyurur ki, ey Peyğəmbər! Sən mənim üçün Kəbədən də əzizsən və bil ki, səni də himayə edirəm. Sənə müxalif olanlar öz cəzalarına çatacaqlar.

Son.az deyerler.org-a istinadən bildirir ki, "Fil" surəsi Məkkədə nazil olmuşdur və Allah burada möcüzələrindən birini bəyan edir. İslam düşmənlərinə demək istəyir ki, İslam dini - haqq dindir və hər kim bu dinə gələrsə, Allah onu hidayət edər, əks halda Əbrəhə kimi məhv olar və cəza alar.

Həzrət Əbu Talib Peyğəmbərə (s) deyir: "Ey qardaş oğlu! Sən bütün insanlar üçün məbus olmusan, yoxsa ancaq öz qövmün üçün?".

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Bütün insanlar üçün məbus olmuşam. Ağına, qarasına, ərəbə, əcəmə. And olsun o Kəsə ki, canım onun əlindədir, mən bütün insanları - istər ağ dərili olsun, istərsə də qara dərili - bu dinə dəvət edirəm. O kəslər ki, dağın başındakı qaladadırlar, onları da bu dinə dəvət edirəm. Mən bütün romalıları da dəvət edirəm".

Bu söz Qureyşin qulağına çatır və təəccüb edirlər. Əbu Talibə deyirlər: "Qardaşın oğlunun nə dediyinə heç qulaq vermirsən? Allaha and olsun ki, əgər Roma xalqı bu xəbəri eşidərsə, bizi diyarımızdan qovarlar. Kəbənin daşlarını ayırıb tikə-tikə edərlər". Bu zaman Allah Təala "Fil" surəsini nazil edir. (Beytutə)

"Fil" surəsini oxumağın savabı.