Hindistanın şimalında iki böyük qızıl yatağı tapıldı


Digərləri 22 Fev 2020 22:44:00 214 0

Hindistanın şimalında iki böyük qızıl yatağı tapıldı

Hindistanın Geoloji xidməti ölkənin şimalındakı Uttar-Pradeş ştatında ehtiyatları təqribən 3 min ton qızıl olduğu təxmin edilən iki qızıl yatağı aşkar edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu Hindistanın qızıl ehtiyyatlarından 5 dəfə çoxdur.

Bildirilir ki, yataqlar Sonbhadr əyalətində kəşf edilib, orda olan qızılın ümumi dəyəri isə təqribən 167 milyard dollar təşkil edə bilər.

Səlahiyyətlilər bu depozitləri yaxın zamanda elektron hərraca qoymaq niyyətindədirlər.